Amerikaının Massaçusets ştatında Quran sərgisi

Amerikanın Massaçusets  ştatının Waltham şəhər kitabxanasında  “Qədim zamanlardan müasir və dicital dövrədək, Qurani Kərimə bir baxış” adlı Quran sərgisi keçirilir.
 
Maide.az xəbər verir ki, sərgi aprelin 4-ə  açılıb və may ayının 1-dək davam edəcək. Sərginin təşkilatçısı Massaçusets ştatının Şarun şəhər İslami Cəmiyyətidir. 
 
Sərgi təşkilatçıları bildirib ki, Quran müsəlmanların müqəddəs kitabıdır və islami təlimlərin mənbəyidir, dünyanın ən çox oxunan kitabıdır. Lakin son illər  Qurana qarşı dünyanın bir çox yerlərində hücumlar və hörmətsizliklər olunur.  Quranın təlimlərindən xəbərsiz olan şəxslər onahücumlar edir. Sərginin keçirilməsindən məqsəd Quranla tanışlıq məqsədi daşıyır. 
 
Sərgi hər gün Waltham şəhər kitabxanasının iş  saatı müddətində  açıq olur. Sərgiyə baxış keçirən insanlara  Quran və təlimləri ilə bağlı bilgilər verilir.
 
 

Google+ WhatsApp ok.ru