Amerikanın Oklahoma Universitetində tələbər üçün namaz otağı

Amerikanın Oklahoma Universitetində tələbər üçün namaz otağı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Oklahoma Universiteti müsəlman tələbələr üçün namaz otağı ayırıb. 
 
Maide.Az xəbər verir ki, Oklahoma Universitetində oxuyan bir qrup müsəlman tələbənin istəyi ilə Universitet onların ibadət etməsi üçün ayrıca namaz otağı yaradıb. 
 
Universitetin müsəlman tələbələrindən olan Müin Əl-Qəhif deyib ki, indiyədək tələbələr namazlarını  məcbur idilər ya kitabxananın kolidorunda qılsınlar və ya evlərinə qayıtsınlar.
 
“Universitetin bu qərarı sevindiricidir. Bu otağın müsəlman tələbələrin namaz qılması üçün ayrılması ilə daha tələbələr məcbur deyillər ibadət üçün evlərinə getsinlər. Namaz İslamda xüsusi önəmə malikdir.  Namaz qılan şəxslər namaz vaxtı çatarkən bütün işlərini kənara qoyub üzü qibləyə dayanıb ibadətlərini etməlidirlər”-deyə o bildirib. 
 
Məlumatda bildirilir ki, Oklahoma Universitetinin mərkəzindəki namazxanada digər məscidlərdə olduğu kimi yerinə xalça döşənib, namazxanada Quran və dua kitabları qoyulub.
 
 

Google+ WhatsApp ok.ru