Amerikanın  qərbində daha bir məscid yandırılıb

Amerikanın qərbində daha bir məscid yandırılıb

Amerikada  daha bir məscid yandırılıb. 
 
Maide.Az xəbər verir ki, Reuters agentliyinin verdiyi xəbərdə deyilir ki, yandırılan məscid Floridanın Orlando şəhərindəki gey gecə barında 49 nəfəri öldürən Omar Mateen-in namaz qıldığı məscidin binasına od vurulub
.
Hakimiyyət orqanları yandırılan Fort Piers İslam Mərkəzinin Orlandonun 160 kilometrliyində yerləşdiyini bildiriblər.
 
Polis məlumat verib ki, təhlükəsizlik kameralarına ağdərili və ya Latın Amerika mənşəli bir nəfər düşüb. Videoda onun Harley Davidson tipli motosiklet sürdüyü görünür. O motosikletdən düşüb, məscidin divarına benzin tökərək kağız parçası ilə yandırıb.
Bundan sonra şübhəlinin dərhal oradan uzaqlaşdığı bildirilir.
 
Məscidi yandıranın şəxsiyyəti bilinməsə də, müstəntiqlər bu qənaətdədirlər ki, o hadisə zamanı özü də yanıq yarası ala bilərdi.
Floridadakı Amerika-İslam Münasibətləri Şurasının mətbuat konfransında hadisənin nifrət aktı olduğu bəyan edilib.
 
Müstəntiqlər aktın motivi üzərində işləyirlər. Onların fikrincə hadisə 11 sentyabr terror hadisələrinin 15-ci ildönümü və ya müsəlmanların müqəddəs Qurban bayramı ilə əlaqədar ola bilər.
 
Məsciddə yanğın 4 saat davam edib, hələlik dəymiş ziyanın miqdarı bilinməsədə məscidin binasına ciddi ziyan dəydiyi xəbər verilir. Müsəlmanlar  Qurban bayramı tədbirlərini başqa yerdə keçirməli olublar.
 
Qeyd edək ki, son aylar ərzində Amerikada  islamafob hərəkətlərin sayı artıb, belə ki, indiyədək  ölkənin  müxtəlif bölgələrində  bir neçə İslami Mərkəz və məscid yandırılıb.
 

Google+ WhatsApp ok.ru