Amerika polislərinin zorakılığı getdikcə artmaqdadır

Son zamanlar Amerikada polislərin səbəb olduğu cinayətlərin və ölüm faktlarının artdığı müşahidə olunur. 
 
Maide.az xəbər verir ki, 2013-cu ildə polis gülləsindən həlak olan Amerika vətəndaşlarının sayı barədə rəqəm açıqlanıb. Bildirilir ki, ötən il polislər tərəfindən 461 nəfər öldürülüb. 
 
Qeyd edək ki, qanun qoruyucularının ölümcül silahdan istifadə etmə haqları sual altına qoyulduqdan sonra, polis zorakılığı nəticəsində həlak olan insanların statistikası daha dəqiq təhlilə məruz qalır.//

Google+ WhatsApp ok.ru