Amerika İrandan 8 milyon dollardan çox dəyəri olan “ağır su” alacaq

ABŞ dövlət katibinin mətbuat sözçüsü Con Kirbi (John Kirby)  deyir ki,  sazişin icrası istiqamətində  Amerika İrandan  32 ton ağır su alacaq. 
 
Maide.Az bildirir ki, C.Kirbi deyib ki,  bu alqı-satqı  Amerika sənayesinin bu həyatı maddəni əldə etməsinə  imkan yaradacaq eyni vaxtda İrana bu imkanı yaradacaq ki, artıq  ağır suyunu satsın.
O deyib ki,  ABŞ dövlət katibi Con Kerri  İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bu məsələni  müzakirə edəcək.
 
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi də bu alqı-satqının baş tutacağını təsdiqləyib. 
 
ABŞ dövlət katibinin mətbuat sözçüsü Con Kirbi deyib ki, ümid edirik yaxın həftələrdə alınacaq ağır su  yükü Amerikaya təhvil veriləcək.  
Deyilənə görə, bu alqı-satqının dəyəri 8.6 milyon dollar dəyərindədir. 
 
 Ağır su  -adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növüdir.  Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur.
 
 

Google+ WhatsApp ok.ru