Amerika İsrail və Ərəbistan rejimlərinə milyonlarla dollarlıq silah satıb

ABŞ Müdafiə Nazirliyi Pentaqon bildirib ki, lazerlə idarə olunan bombaların İsrailə, 10 ədəd MH-60 helikopterinin də Ərəbistana satılması ilə razılaşıb.
 
Maide.az-ın məlumatına görə, Amerika Müdafiə Nazirliyinin nəzarətində olan Təhlükəsizlik və Müdafiə Əməkdaşlıqları Agentliyinin bəyanatına əsasən, İsrailə lazerlə idarə olunan bombaların satılması üzrə müqavilənin dəyəri 1 milyard 879 milyon dollar, Ərəbistana 10 ədəd MH-60 helikopterinin satılması üzrə müqavilənin dəyəri isə 1 milyard 900 milyon dollar hesablanır. İsraillə müqavilədə adi bombaların təchiz edilməsi üçün 14500 elektronik cəhətin GPS-lə quraşdırılması, eləcə də BLU-109 bombalarının təchizi üçün 700 elektronik cəhətin quraşdırılması nəzərdə tutulub. 
 
Ərəbistanla müqavilə də lazerlə idarə olunan kiçik raketlər kimi silahlar və dəniz qüvvələri üçün bir neçə məqsədli 10 ədəd helikopterin satılmasına şamil olur. 
 
Sionist Haarets qəzetinin yazdığına görə, Vaşinqton ehtimal üzrə İranla nüvə anlaşmasının əvəzini çıxmaq üçün İsrailə öz hərbi köməyini artırıb. 
 
Konqresin bildirdiyinə görə, Amerika 2010-2014-cü illərdə Ərəbistana təxminən 90 milyard dollar dəyərində silah satmışdır.

Google+ WhatsApp ok.ru