Amerika Suriyada hərbi aerodromu raketlərlə vurub - VİDEO

Amerika Suriyada hərbi aerodromu raketlərlə vurub - VİDEO

ABŞ hərbi qüvvələri cümə günü səhər  Suriyanın qərbində Homsın yaxınlığında yerləşən Əş-Şəyrat aerodromuna ən az  60 “Tomaqavk” tipli raketlə hücum edib. 
 
Maide.Az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriya hərbi aerodroma zərbə vurmaq bardə əmr verdiyini cümə axşamı bildirib. 
 
D.Tramp iddia edib ki, bu aerodromdan bir neçə gün əvvəl dinc sakinlərə qarşı kimyəvi silah tətbiq edilib. "Mən bu gün Suriyada kimyəvi hücum edilən aerodroma hərbi zərbə endirilməsi barədə əmr verdim", - Tramp, xüsusi müraciətində qeyd edib.
 
ABŞ prezidenti iddia edib ki,  Amerikanın Suriyaya hücumu  bu ölkəni təhlükəsizliyinin təmininin xeyrinədir.  
 
Bölgədə xarici qüvvələrin dəstəklədiyi “müxalifət” və bəzi Qərb rəsmiləri  kimyəvi  hücumu Suriya ordusunun etdiyini iddia edir.  Rəsmi Dəməşq onların bu iddiasını təkzib edib və deyib ki,  heç vaxt  kimyəvi silahdan istifadə etməyib və etməyəcək. 
 
Suriya televiziyası  hərbi qaynaqlara istinadən bildirib ki, Amerikanın raket hücumu nəticəsində aerodrroma ciddi ziyan dəyib. 
 
CNN həmçinin elan edib ki,  Amerikanın hücumu zamanı  Əş-Şəyrat aerodromunda Rusiya hərbiçiləri də olub  və hücumdan öncə Rusiya hücmla bağlı məlumatlı olub. 
 
Homs vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələrinin nəticəsində çox sayda həlak olan və yaralılar var.(presstv)
 
 
 

 

Google+ WhatsApp ok.ru