Amerika Suriyada zəiflədilmiş urandan hazırlanmış mərmilərdən istifadə etdiyini etiraf etdi

Amerika Suriyada zəiflədilmiş urandan hazırlanmış mərmilərdən istifadə etdiyini etiraf etdi

Amerika ordusu Suriyanın şərqində İŞİD neft tankerlərinə qarşı iki dəfə hücum edərkən zəiflədilmiş urandan hazırlanmış 5 min ədəd mərmidən istifadə etdiyini etiraf etdi. 
 
Maide.Az xəbər verir ki, 2015-ci ildə  ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı yaradılmış koalisiya heç vaxt zəiflədilmiş urandan istifadə etməyəcəklərini öhdəlik götürsədə, ABŞ həmişəki kimi beynəlxalq qanunları tapdalayaraq Suriyada zəiflədilmiş urandan hazırlanmış mərmilərdən istifadə edib. “2015-ci ilin noyabr ayında Suriyanın şərqində Deyr əz-Zor və Əl-Hasəkə əyalətlərində İŞİD tankerlərinə qarşı hava hücumları zamanı zəiflədilmiş urandan hazırlanmış 5265 mərmidən istifadə olunub”, -deyə Amerikanın Mərkəzi Komandanlığının sözçüsü Josh Jacques deyib. 
 
Amerikalı rəsmi bu işə don geyindirməyə çalışıb və deyib ki,  Amerika İŞİD neft tankerlərinin məhvindən əmin olmaq üçün bu növ mərmilərdən istifadə edib. 
 
Xatırladaq ki, zəiflədilmiş urandan hazırlanmış mərmilər  tank və digər zirehli texnikanın içərisinə nüfuz etmə qabiliyyətinə malikdir. Lakin bu növ mərmilər hədəfə dəyərkən havaya, torpağa və suya  zəhərli maddələr səpələnir.   
 
Bu zəhərli və təhlükəli maddələr insan və ya heyvanların bədəninə toxunarsa xərçəng, genetik pozğunluq və anadangəlmə naqis uşaqların doğulmasına səbəb olur. 
 
Qeyd edək ki, Amerika bundan öncə 1991-ci ildə Fars Körfəzi müharibəsi zamanı, 90-cı illərdə Balkan qarşıdurmalarında və həmçinin 2003-cü ildə İraq müharibəsi zamanı zəiflədilmiş urandan istifadə etdiyinə görə minlərlə insan zəhərlənmiş və təkcə İraqda yeni doğulmuş körpələrin 52%-i qüsurlu doğulmuşdu. 
 

Google+ WhatsApp ok.ru