Amerika və Avropadan həccə nə qədər hacı gəlib?

Amerika və Avropadan həccə nə qədər hacı gəlib?

 
Səudiyyə Ərəbistanın "Əl-Vətən" qəzeti yazır ki, cari ildə dünyanın müxtəlif ölkələrindən 674 iranlı zəvvar həcc mərasimində iştirak edir.  
 
Maide.az xəbər verir ki, qəzetin məlumatına görə Amerikadan 254 nəfər, Britaniyadan 170 nəfər, Kanadadan və digər Avropa ölkələrindən 100 nəfər həcc ziyarətində iştirak edib. Səudiyyə Ərəbistanın siyasi məqsədlərlə törətdiyi əngəllərə görə İrandan bu il həccə zavvar getməyib. Statistika cari ilin həcc ziyarətinə ötən illərlə müqayisədə az hacının getdiyini göstərsə də, Səudiyyə Ərəbistan iddia edir ki, dünya ölkələrindən 1 milyondan çox zəvvar Səudiyyəyə həcc ziyarəti üçün səfər edib.
 
Ötən il Həcc ziyarəti zamanı Minada baş verən kütləvi insan ölümü ilə nəticələnən faciənin baş verməsi ilə yadda qalıb.
 
Qeyd edək ki, bu il Azərbaycandan həccə gedəcək zəvvarlar üçün say limiti ötən ildəkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb. /

Google+ WhatsApp ok.ru