Amerika və Fransa  Suriyaya birgə hücum etmək haqqında razılaşıb

Amerika və Fransa Suriyaya birgə hücum etmək haqqında razılaşıb

ABŞ prezidenti  Donald Tramp  və Fransa prezidenti Emmanuel Makron telefonla danışıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  telefon danışığında ABŞ və Fransa prezidentləri  Suriyaya müştərək  hücum haqqında razılığa gəliblər. “Suriyada bir daha kimyəvi  hücum baş verərsə, Fransa və ABŞ birgə addımlar atacaq”, -deyə  Elizə sarayının məlumatında bildirilir. 
 
Qeyd edək ki,ABŞ cari ilin aprel ayında da Suriyada terrorçuların olduğu ərazilərə şübhəli kimyəvi silah hücumundan sonra bu hücumda Suriya hökumətini günahlandırmış və  hökümətin hərbi hava bazasına raket hücumları həyata keçirmişdi. 
 

Google+ WhatsApp ok.ru