Amnesty International: Səudiyyə Ərəbistan kaset bombalardan istifadə etməklə Yəməni mina sahəsinə çevirib

Səudiyyə Ərəbistan rejimi  kaset bombalardan istifadə etməklə  Yəmənin müxtəlif bölgələrini  mina sahəsinə çevirib.  
Maide.Az xəbər verir ki, Amnesty International yayımladığı  bəyanatda Səuidyyə rejiminin qırıcılarının  kaset bombalarından istifadə etdiyini  və bu bombaların  dinc sakinlərinə törədəcəyi təhlükə ilə bağlı xəbərdarlıq edib və bildirib ki, kaset bombalar Yəmənin müxtəlif bölgələrini “Mina sahəsinə” çevirib. “Uşaqlar və dinc sakinlər  partlamamış kaset bombalar vasitəsi ilə  ölür və ya bədən üzvlərini itirirlər.”
Amnesty International Səudiyyə Ərəbistanı  kaset bombalarından istifadə etməməyə çağırıb və beynəlxalq ictimaiyyətdən istəyibki Yəməndəki  bu ərazilərin təmizlənməsinə yardım etsinlər. 
2008 –ci ildə imzalanmış konvensiyaya əsasən kaset bombalarından istifadə qadağandır. Lakin Amerika, və Ərəbistan bu konvensiyanı imzlamayıb.
Qeyd edək ki, bundan öncədə Human Rights Watch  və Beynəlxalq Amnistiya Təşkilatı dəfələrcə Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu və bu cinayəti dayandırması haqqında bəyanatlar veriblər. Lakin  Səudiyyə rejimi hələdə Yəməndə dinc sakinlərə qarşı bu silahdan istifadə edir. 
 

 

Google+ WhatsApp ok.ru