Amnesty International: Zəkzaki dərhal azad edilsin

Amnesty International: Zəkzaki dərhal azad edilsin

Amnesty International elan edib ki, Nigeriya rəsmiləri tez bir zamanda bu ölkənin İslami Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı barəsində məhkəmənin çıxardığı qərarı hökmən və dərhal icra etməli və onu sərbəst buraxmalıdır. 
 
Maide.Az xəbər verir ki, Amnesty Internationalın Nigeriya üzrə direktoru Makmid Kamara  deyib ki, məhkəmənin Şeyx Zəkzakinin azadlığı üçün qoyduğu 45 günlük vaxt bitib. “Əgər hökumət bilərəkdən öz məhkəmələrinin qərarını icra etməzsə, bu qanunun icrasını açıq şəkildə pozmaq deməkdir və təhlükəli bir addımdır”.
 
M.Kamara Şeyx Zəkzakinin həbsinin qanunsuz olduğunu vurğulayaraq deyib ki, bu addım bəlkədə təhlükəsizlik qüvvələrinin 2015-ci ilin dekabr ayında Zariyada törətdiyi dəhşətli cinayətləri ört-basdır etmək üçün geniş çalışmanın tərkib hissəsidir. 
 
Amnesty Internationalın rəsmisinin dediyinə görə, Nigeriya ordusunun Zairya şiələrinə hücumu zamanı yüzlərlə insan öldürülüb. 
 
 

Google+ WhatsApp ok.ru