`Amnesty International` Şeyx Əli Salmanın azadlığı tələbi ilə kampaniyaya başlayıb

`Amnesty International` Şeyx Əli Salmanın azadlığı tələbi ilə kampaniyaya başlayıb

"Amnesty International" kampaniyaya start verərək Bəhreyndə aparıcı müxalifət lideri olan Şeyx Əli Salmanın azadlığını tələb edib. 
 
Maide.Az xəbər verir ki, "Amnesty International" təşkil etdiyi kampaniyada "Əl-Vifaq" Cəmiyyətinin Baş katibi Şeyx Salmanın qeyd-şərtsiz və təcili azad olunmasını tələb edir. 
 
"Amnesty International" yayımladığı bəyanatda istəyib ki, siyasi məhbus olan Şeyx Salmanın azadlığı üçün Manama rejiminə təzyiqlər artırılsın. 
 
Bəyanatda bildirilir ki, Şeyx Salman yalnız söz azadlığından dinc məqsədlə istifadə etdiyi üçün həbs olunub.  
 
Şeyx Əli Salman 2014-cü ilin dekabr ayının 28-də həbs olunub.Onun həbs müddəti 2018-ci ilin  dekabr ayında başa çatacaq. (presstv)        

Google+ WhatsApp ok.ru