Amnesty International Şeyx Salmanın həbs müddətinin uzadılmasını pisləyib

Amnesty International Bəhreyn rejimi tərəfindən Şeyx Salmanın həbs müddətinin uzadılmasını pisləyib
 
Maide.Az xəbər verir ki, Beynəlxalq Əfv  Təşkilatı (Amnesty International) Bəhreyn rejiminə müxalif partiyanını lideri Şeyx Əli Salmanın həbs müddətinin 4 ildən 9 ilə uzadılmasını pisləyib. 
 
Amnesty International elan edib ki,  Bəhreyn rejiminin bazar günü qəbul etdiyi qərarı “İfadə azadlığına şok edici hücum” adlandırıb. “Şeyx Əli Salmanın haqqında çıxarılan yeni qərar  aşkar şəkildə  siyasi məqsədlərlə atıldığı aşkar görünür. Bu qərar dinc və hüquqlarını tələb edən digər şəxslərə  cəzalandırılacaqları ilə bağlı hədə-qorxu gəlmək mesajı verir. Şeyx Salman inancına görə həbs olunub və ilk gündən heç həbs olunmamalı idi. O, heç bir şərt olmadan və tez bir zamanda azadlığa buraxılmalıdır”.
 
Qeyd edək ki, Bəhreyn xalqı ötən gün Şeyx Salmanın həbs müddətinin 5 il uzadılmasına etiraz edib, onun dərhal sərbəst buraxılmasını tələb edib.
 
Bundan əlavə, Manamada gediş-gəlişin qadağan olduğu bölgədə etiraz edən aksiya iştirakçıları İngiltərə bayrağını yandırıblar.
 
Paytaxtda da keçirilən etiraz aksiyalarına polis hücum edərək göz yaşardıcı qazlardan və rezin güllələrdən istifadə edib.
 
 

Google+ WhatsApp ok.ru