`Amnesty International` sionist İsrail ordusunun Qəzzadakı vəhşiliklərinə dair  hesabat açıqlayıb

`Amnesty International` sionist İsrail ordusunun Qəzzadakı vəhşiliklərinə dair hesabat açıqlayıb

Dünən işğalçı İsrail rejiminin Qəzza zolağında törətdiyi vəhşiliklərin ikinci il dönümü qeyd olunub.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, beynəlxalq hüquq-müdafiə təşkilatı "Amnesty International" sionist İsrail ordusunun Qəzza sakinlərinə etdiyi vəhşiliklərin ildönümü münasibəti ilə hesabatını açıqlayıb.
 
Hesabatda İsrail rejiminin cəzalandırılmaması və qəzzalıların haqlarının pozulma səbəbləri açıqlanıb. Məruzədə İsrail tərəfindən öldürülən günahsiz insanların qohumlarından götürülən müsahibə və sionist İsrail tərəfin məqsədli şəkildə səmərəsiz araşdırmasının təsviri daxil olub. 
 
Məruzəyə əsasən, 1462 dinc fələstinli, o cümlədən 551 uşaq İsrail hücumları nəticəsində dünyasını dəyişib. 
 
Bundan başqa Qəzzanın sosial obyektləri yer üzündən təmamilə silinib. Su təchizatı, kanalizasiya sistemləri, məktəblər, tibb ocaqları dağıdılıb, ya da ciddi zədələnib.
 
18 000-dən çox evlər işğalçı İsrail ordusu tərəfindən yerlə yeksan olub. Daha 100 000 nəfər evsiz-eşiksiz qalıb. /

Google+ WhatsApp ok.ru