Amnistiya Təşkilatı sionist rejimin toxunulmazlığını tənqid edib

Amnistiya Təşkilatı sionist rejimin toxunulmazlığını tənqid edib

Beynəlxalq Amnistiya Təşkilatı sionist rejimin Qəzzadakı 50 günlük müharibədə hərbi cinayətlərinə görə, cəzalandırılmamasını tənqid edib.
 
Maide.Az xəbər verir ki,  Qüds xəbər agentliyinin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı 50 günlük Qəzza müharibəsinin başlanmasının ikinci ildönümü günü münasibətilə  bəyanat yayıb.  Bəyanatda  bildirib ki, cinayətdə məsuliyyət daşıyan şəxslər üçün toxunulmazlıq əsaslandırılmazdır.
 
Bəyanatda həmçinin 2014-cü il Qəzza müharibəsində öz qohumlarını itirmiş fələstinlilərlə müsahibələr yer alıb. Onlar vurğulayıblar ki, sionist rejimin hücumları açıq şəkildə mülkiləri hədəfə alırdı.
 
Beynəlxalq Amnistiya Təşkilatının bəyanatında 2014-cü il iyulun 16-da Qəzza sahilində dörd fələstinli uşağın şəhid edilməsinə də toxunulub.
 
Bəyanata əsasən, sionist rejimin hücumları nəticəsində Qəzza zolağına çoxlu ziyan dəyib, infrastruktur , məktəblər, tibbi təsisatlar, su və kanalizasiya şəbəkəsi, əkin sahələri və ticarət mərkəzləri məhv edilib.  Qəzzada 18 mindən çox ev dağıdılıb və yaxud  ciddi ziyan dəyib. 
 
Məlumata görə, sionist rejimin Qəzza zolağına qarşı 50 günlük hücumlarında 550 fələstinli uşaq daxil olmaqla 2200-dən çox fələstinli şəhid olub. Həmçinin bu hücumlar zamanı 11 mindən çox fələstinli yaralanıb.

 

Google+ WhatsApp ok.ru