AMİP deputatlığa namizədlərinin bir hissəsini açıqlayıb

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib.
 
Partiyadan Maide.az-a daxil olan məlumata görə, iclasda qarşıdan gələn parlament seçkiləri və AMİP-in seçkilərdə iştirakı ilə bağlı məsələ müzakirə olunub. Siyasi Şura Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək namizədlərin bir qismini təsdiqləyib. Qərara alınıb ki, digər dairələr üzrə irəli sürülmüş namizədlərin təsdiq olunması Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınsın.
 
Qərara əsasən aşağıda adları qeyd olunan şəxslərin namizədliyi AMİP tərəfindən irəli sürülüb:
 
Əli Orucov (9 saylı Binəqədi ikinci seçki dairəsi)
Elşən Mustafayev (15 saylı Yasamal birinci seçki dairəsi)
Eldar Hüseynov (19 saylı Nərimanov birinci seçki dairəsi)
Suğra Nəcəfova (23 saylı Nəsimi-Səbail seçki dairəsi)
Məmmədəli Səfərov (25 saylı Nizami ikinci seçki dairəsi)
Ayaz Rüstəmov (31saylı Suraxanı ikinci seçki dairəsi)
Məhərəm Həsənov (34 saylı Xətai ikinci seçki dairəsi)
Yusif Bağırzadə (38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi)
Dünyamin Əhmədli (41 saylı Sumqayıt birinci seçki dairəsi)
Tapdıq Həsənov (79 saylı İmişli seçki dairəsi)
Elçin Əzizov (87 saylı Ağsu-İsmayıllı seçki dairəsi)
Loğman Əliyev (90 saylı Ağdaş seçki dairəsi)
İradə Həsənova (102 saylı Samux-Şəmkir seçki dairəsi)
Əbülfəz Bağırov (113 saylı Şəki şəhər seçki dairəsi)
Yaşar Həsənov (119 saylı Ağdam kənd seçki dairəsi)

Google+ WhatsApp ok.ru