Amsterdam-Paris qatarında silah səsləri eşidilib: 3 yaralı var

Hollandiyanın paytaxtı Amsterdamdan Parisə səfər edən qatarda silahlı şəxs ətrafa atəş açıb.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, Fransa Dəmir Yolları Müəssisəsi (SNCF) tərəfindən yayımlanan açıqlamada 2-si ağır olmaqla 3 nəfəri yaraladığı bildirilir.
 
Hadisənin qatarın Fransanın şimalında yerləşən Arras şəhəri yaxınlarından keçərkən baş verdiyi, təcavüzkarın da qatar stansiyasında polis tərəfindən yaxalandığı vurğulanır.
 
Hücumun səbəbinin hələ müəyyən olunmadığı, Fransa Daxili İşlər naziri Bernard Cazeneuveun Arras şəhərinə gəldiyi qeyd edilir.
 
Ədliyyə orqanları hadisəni terror kimi qiymətləndiriblər. 
 
Təcavüzkarın Mərakeş əsilli 26 yaşlı kişi olduğu bildirilir.

Google+ WhatsApp ok.ru