An-148-in qəza anı kameraya düşdü - VİDEO 12 Fevral 2018 02:00 Dünya -- Qəzaya uğrayan təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub Təyyarə düşən kimi partlayır və parçalanır Rusiyaya məxsus An-148 təyyarəsinin qəzaya uğraması anı kameraya düşüb. Sputnik Azərbaycan xəbər verir ki, rolik YouTube-da yerləşdirilib. Videonun 26-cı dəqiqəsində partlayış görünür. Təyyarə düşən kimi partlayır və parçalanır. Xatırladaq ki, ötən gün günorta saatlarında Moskvadan Orska uçan An-148 təyyarəsi havaya qalxandan az sonra radarlardan itib. Bir qədər sonra onun qəzaya uğradığı məlum olub. Qəzaya uğrayan təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan biri milliyətcə azərbaycanlı Qəhrəmanov Namiq adlı şəxsdir. O, Yevlax rayonundandır və Rusiya vətəndaşlığı alıbmış. N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gələrək, oraada tikiş sexi açıb. Rusiya İstintaq Komitəsi qəzanın səbəbləri arasında insan faktoru, hava şəraiti və təyyarənin nasazlığı ehtimallarını irəli sürüb. “Saratov Hava Yolları”nın sığorta tərəfdaşı olan “AlfaStraxovaniye” şirkəti qəzada həlak olanların ailələrinə 100 min rubl təzminat ödəyəcək. Teqlər : #An148in qəza anı kameraya düşdü VİDEO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda İslam İnqilabının ildönümü münasibətilə bayram yürüşü - FOTO Dünya Bankının ekspertləri İraqda İŞİD ilə mübarizənin vurduğu zərəri hesablayıblar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO