An-148-in qəza anı kameraya düşdü - VİDEO

An-148-in qəza anı kameraya düşdü - VİDEO

-- Qəzaya uğrayan təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub

Təyyarə düşən kimi partlayır və parçalanır
 
 Rusiyaya məxsus An-148 təyyarəsinin qəzaya uğraması anı kameraya düşüb. Sputnik Azərbaycan xəbər verir ki, rolik YouTube-da yerləşdirilib.
 
Videonun 26-cı dəqiqəsində partlayış görünür. Təyyarə düşən kimi partlayır və parçalanır.
 
Xatırladaq ki, ötən gün günorta saatlarında Moskvadan Orska uçan An-148 təyyarəsi havaya qalxandan az sonra radarlardan itib. Bir qədər sonra onun qəzaya uğradığı məlum olub. Qəzaya uğrayan təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan biri milliyətcə azərbaycanlı Qəhrəmanov Namiq adlı şəxsdir.  O, Yevlax rayonundandır və Rusiya vətəndaşlığı alıbmış. N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gələrək, oraada tikiş sexi açıb. 
 
Rusiya İstintaq Komitəsi qəzanın səbəbləri arasında insan faktoru, hava şəraiti və təyyarənin nasazlığı ehtimallarını irəli sürüb.
 
“Saratov Hava Yolları”nın sığorta tərəfdaşı olan “AlfaStraxovaniye” şirkəti qəzada həlak olanların ailələrinə 100 min rubl təzminat ödəyəcək. 
 

 

Google+ WhatsApp ok.ru