Ana ölümü ilə bağlı cinayət işi başlandı

Ana ölümü ilə bağlı cinayət işi başlandı

-- istintaq aparılır.

Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Bərdə rayon Prokurorluğundan məlumat verilib.
 
Məlumatda bildirilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
 
Qeyd edək ki, dekabrın 19-da Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb.
 

Google+ WhatsApp ok.ru