Anar Qasımlı: “Məhkəmədən ədalətli hökm çıxarılacağına dair gözləntim yoxdur”

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun vəkili Anar Qasımlı   hacı Mövsüm Səmədovun  apellyasiya məhkəməsinin nə vaxt baş tutacağı onların özünə də məlum olmadığını deyib.
Maide.az-ın Islaminsesi.org saytına istinadən məlumatına görə, Anar Qasımlı deyib ki, ”Mən artıq sənədləri təqdim etmişəm və cavab gözləyirəm. Məhkəmədən ədalətli hökm çıxarılacağına dair gözləntim yoxdur. Bir nəticə əldə etməsək, növbəti məhkəmə prosesi üçün ərizə təqdim edəcəyik“.
 Qeyd edək ki, bir müddət öncə mübariz ruhani saxlanıldığı Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində baş verən neqativ halları mətbuata çıxardığına və orada cəza çəkən məhbuslar arasında əxlaqi dəyələri təbliğ etməsinə görə 12 saylı CÇM-nə köçürülmüşdü. Burada isə həbsxana rəhbərliyi tərəfindən 3 dəfə ardıcıl olaraq “kars”a salınmışdı.
Onu da qeyd edək ki, oktyabrın 9-da 12 saylı CÇM-nin rəhbərliyinin təqdimatı əsasında məhkəmə Hacı Mövsüm Səmədovun Qobustan qapalı rejimli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb. AİP sədri Mövsüm Səmədovun vəkili Anar Qasımlı çıxarılan bu hökmdən apellyasiya şikayəti verib.  Ölkə ruhaniləri və inanclı kəsim Hacı Mövsüm Səmədova qarşı atılan bu addımları siyasi sifariş hesab edir. /

 

Google+ WhatsApp ok.ru