Anar Qasımlı: “Mövsüm Səmədovla görüşə yenə süni əngəl yaradılır”

Həbsdə olan Azərbaycan İslam Partiyasının lideri ilə bağlı FaktXəbər-ə məlumat verən vəkil Anar Qasımlı bildirdi ki, Qobustan həbsxanasında onunla görüşə yenidən süni maneə yaradılıb. Anar Qasımlı bildirdi ki, Mövsüm Səmədovla görüşə görə ondan icazə vərəqəsi tələb olunurmuş: “Bu sənədin tələb olunması qeyri-qanunidir. Amma biz həmin sənədi təqdim etdik. İndi isə bildirdilər ki, müvəkkilimin vəkili olmağımla bağlı müqaviləni də sənədə əlavə etməliyəm. Hesab edirəm ki, bütün bunlar süni maneədir və mənim 4 ildir bu şəxsin vəkili olmağımı hər kəs bilir.”
 
A.Qasımlı Səmədovun Avropa Məhkəməsində olan işi barədə də hələlik heç bir məlumatının olmadığını bildirdi. 
 
Digər müvəkkili Rufulla Axundzadənin Avropa Məhkəməsindən imtinası barədə mətbuatda yayımlanmış müraciəti barədə də danışan vəkil bildirdi ki, bunun üçün müəyyən prosedur qaydalar və onlar həll edilməlidir: “Hələlik sözügedən məsələ ilə bağlı Rufulla Axundzadə ilə görüşməmişəm. Onunla görüşüb ətraflı danışdıqdan sonra işə aydınlıq gətiriləcək.”
 

Google+ WhatsApp ok.ru