Anar Qasımlı: Beynəlxalq təşkilatların çoxu islamçıları müdafiə etmir

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun işi hələ də Avropa Məhkəməsindədir.
 
Maide.az xəbər verir ki, AİP sədrinin vəkili Anar Qasımlının FaktXəbər-ə açıqlamasına görə,Avropa Məhkəməsində iki məsələyə baxılır: “Birincisi Mövsüm Səmədovun həbs qəti imkan tədbiri ilə bağlıdır. İkincisi də işin mahiyyəti üzrə verilmiş şikayətdir. Bunlara baxılıb, nömrə açılıb, ancaq Avropa Məhkəməsindən suallar gəlməyib, kommunikasiya açılmayıb”.
 
Bəs bu kommunikasiyanın gecikməsinin səbəbi nədir? Axı digər məhbuslarda bu proses tez baş verir?
 
Anar Qasımlı bunu daha çox beynəlxalq təşkilatların həmin şəxsin müdafiəsində aktiv iştirak etməsi ilə bağlı olduğunu vurğuladı: “Eyni zamanda, din faktı da öz sözünü deyir. Çünki beynəlxalq təşkilatların əksəriyyəti islamçıları müdafiə etmirlər.”

 

Google+ WhatsApp ok.ru