Anar Qasımlı Mövsüm Səmədovla bağlı müvafiq qurumlara müraciət edib

Həbsdə olan AİP sədri Hacı Mövsüm Səmədova ağır itki üz verib. Yanvarın 5-də axşam saatlarında məhbus sədrin atası Mərdan Səmədov vəfat edib. Maide.az xəbər verir ki, bu barədə M.Səmədovun vəkili Anar Qasımlı məlumat yayıb. Vəkil vaxt itirmədən müvəkkilinin dəfn mərasiminə buraxılması üçün dərhal aidiyyəti qurumlara müraciət edib.
 
"İndicə (21.00 radələrində, - red.) bir acı xəbər aldım, Hacı Mövsüm Səmədovun atası vəfat edib. Sabah dəfn olunacaq. Allah rəhmət elesin!
 
Səhər açılan kimi bütün səlahiyyətli orqanlara teleqram vurub xahiş edəcəyəm ki, Hacıya atasının dəfnində iştirak etmək imkanı yaratsınlar. Hələlik isə buradan (sosial şəbəkədən, red.) bütün səlahiyyətlilərə səslənirəm. İnsanlıq naminə bunu edin, Hacı Mövsümü atasının dəfninə buraxın! Allah xətrinə!", - deyə vəkil A.Qasımlı müraciətlə çıxış edib.
 
Mərhumun dəfn mərasiminin bu gün saat 14:00-da Quba şəhərində keçiriləcəyi bildirilir.

Google+ WhatsApp ok.ru