Anası daxil 19 nəfəri öldürən qatil edam ediləcək

Anası daxil 19 nəfəri öldürən qatil edam ediləcək

Çinin cənubundakı Yunnan əyalətində bir qatilə edam cəzası verildi.

Maide.İnfo “habar7”-ə istinadən xəbər verir ki, məhkəmə, ana və atası ilə birlikdə 19 nəfəri qətlə yetirən Yang Çingpeyə qəsdən adam öldürməkdə ittiham edərək ölüm cəzası verib. 
 
Cəzaya razı olan Yang, məhkəmənin hökmündən appelyasiya şikayəti verməyəcək. 
 
Qeyd edək ki, ötən il Y. Çingpey borc pul verməyən ana və atasını öldürmüş, daha sonra təşvişə düşüb qonşularını da öldürüb. Öldürülmüş 19 nəfərdən 4 nəfəri azyaşlı uşaq idi. /

Google+ WhatsApp ok.ru