Ana südünün körpəyə faydaları

Ana südünün körpəyə faydaları

-- körpənin ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanması məsləhət görülür

Bir ananın doğuşdan sonra körpəyə edə biləcəyi fayda ana südüdür.
 
Maide.Az "kadinvekadin" portalına istinadən istinadən xəbər verir ki, mütəxəssislər körpənin ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmasını məsləhət görürlər.
 
Ama südü körpənin böyüməsi, sağlamlığı və infeksiyalardan qorunması üçün bir çox özəlliklərə sahibdir. Körpə davamlı olaraq hər gün ana südü içdiyi üçün xəstəliklərə qarşı da müqavimətli olur.
 
Əmizdirilən uşaqların zəka və bacarıqlarının daha üstün olduğu elmi cəhətdən də sübut olunub.
 
Digər tərəfdən, təbii qida olduğu üçün ailəyə iqtisadi baxımdan da sərfəlidir. Çünki digər qidalar əlavə pul xərclənmir.
 
Ana südünün digər özəllikləri aşağıdakılardır:
 
- Ana və uşaq arasındakı mənəvi bağ da möhkəmlənir.
 
- Çənə və dişləri möhkəmləndirir.
 
- Danışmağı inkişaf etdirir.
 
- Ana südünün dadı getdikcə dəyişdiyi üçün uşağın da dadbilmə hissiyatı formalaşır.
 
Anaya faydaları:
 
- Rəhm sürətlə daha tez normallaşmağa başlayar.
 
- Oksitosin maddəsi ananı daha hüzurlu edər.
 
- Analıq hissini qüvvətləndirər.
 
- Döş və yumurtalıq xərçəngi riskini azaldar.
 
Süd artırmaq üçün bunları etmək lazımdır:
- Tütün qəbul edilməməli.
 
- Kofeinli və qazlı içkilər içilməməli.
 
- İlıq su ilə duş edilməli.
 
- Bol su içilməli.
 

Google+ WhatsApp ok.ru