Ana və körpə ölümü ilə bağlı Lənkəran Mərkəzi Xəstəxanasının AÇIQLAMASI - YENİLƏNİB

Ana və körpə ölümü ilə bağlı Lənkəran Mərkəzi Xəstəxanasının AÇIQLAMASI - YENİLƏNİB

Bu gün səhər saatlarında Lənkəranda 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı və yeni doğulan körpəsi dünyasını dəyişib.
 
Maide.Az bildirir ki, faktı Trend-ə təsdiqləyən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimin köməkçisi Əbülfəz Məmmədov bildirib ki, ana qanaxma səbəbindən dünyasını dəyişib.
 
Həkim bildirib: “Elnarə Sadıqova qanda laxtalanma səbəbindən əməliyyat şəkilində doğuşa alınıb. Səylərə baxmayaraq, uşaq ölü dünyaya gəlib. Ana isə bu gün səhər saat 10 radələrində qanaxma səbəbindən dünyasını dəyişib”.
 
Ə.Məmmədov bildirib ki, hüquq-muhafizə orqanları hazırda hadisə yerindədirlər, araşdırma aparılır.
 
***
Lənkəranda doğuş zamanı ana və körpə ölüb.
 
Maide.Az  report-a istinadən xəbər verir ki, Lerik rayon sakini olan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş keçirib.
 
Dünən doğuş zamanı körpəsini itirən ana bu gün səhər saatlarında özü də ölüb.
 
Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
 
 
 

Google+ WhatsApp ok.ru