Ancaq qidaya yetən maaş reallığı

Ancaq qidaya yetən maaş reallığı

-- Gəlirlər artdı, biz yaxşı yaşamağa başladıqmı?

"Novoye Vremya" qəzetində "Gəlirlər artdı, biz yaxşı yaşamağa başladıqmı?" sərlövhəli məqalə maraq oyadır.
 
Müəllif rəsmi statistikaya istinadən deyir ki, ölkədə keçən ilin dekabrında inflyasiya 0,5% olub, bu ilin yanvarında isə sıfır faizdir, amma buna baxmayaraq ərzaq malları yanvar ayında 0,5%, qeyri-ərzaq məhsulları 0,2% bahalaşıb.
 
Daha sonra müəllif deyir ki, aprel ayının sonudur, amma inflyasiya hələ də nəzarət altındadır və bununla statistika aşağı inflyasiya fonunda xalqın varlanması görüntüsü yaratmaq istəyir: "4%-lik inflyasiya fonunda 2018-ci ilin yanvar-mart aylarında əhalinin gəlirləri 2017-ci ilin müvafiq dövrülə müqayisədə 9,8% artıb".
 
Bundan irəli gələrək, müəllif gəlirlərin artdığı indiki şəraitdə "həqiqətən əhali yaxşı yaşayırmış?" sualını gündəmə daşıyır.
 
Məqalə müəllifi xatırladır ki, ötən iki ildə əhalinin gəlirləri inflyasiyadan əhəmiyyətli dərəcədə geri qalırdı, ona görə də əhali sürətlə yoxsullaşırdı, amma hökumət bu barədə susmağa üstünlük verirdi.
 
Müəllif deyir ki, bu il ölkə əhalisi gəlirlərinin 10% arıtırılması baş verdi, amma əhali bu artımı ərzağa xərcləyir, geyim, ayaqqabı,məişət texnikası mağazalarında isə tək-tük alıcı gözə dəyir: "Statistika göstərir ki, biz gəlirlərin yarısını qidaya xərc edirik, özü də əksər ailələr ən ucuz, özü də həmişə faydalı olmayan ərzaq alırlar. Amma burada seçim də yoxdur, belə ki, maaşı bu aydan o aya çatdırmaq məsələsi var. Bunu da deyək ki, digər mal və xidmətlərlə müqayisədə ərzaq məhsullarının qiyməti daha sürətlə artır. Bu qiymət artmından isə ilk növbədə yüksək gəlirə malik olmayan insanlar əziyyət çəkirlər".
 
Müəllif deyir ki, əhalinin çoxu gəlirlərinin əksər hissəsini qidaya xərcləyir və xatırladır ki, regionlarda alınan 200-250 manat maaş ancaq qidaya, kommunal xərclərə sərf edilir.
 
Məqalə müəllifiinə görə, bu fakt faktlğında qalır ki, çoxlarının maaşları ancaq ac qalmamağa, kommunal xidmətləri ödəməyə yetir, qalan nələrisə almağa vəsait çatmır.
 
Müəllif hesab edir ki, bu mənzərə hələ ki, Azərbaycan reallığı kimi qalmaqda davam edir, "neft bum"una, meqalayihələrin uğurlu reallaşdırılmasına, artıq bir neçə ildir ki, həyata keçirilən islahatlara baxmayaraq, bu reallığı köklü şəkildə dəyişmək mümkün olmur.
 
 

Google+ WhatsApp ok.ru