Ancaq mövcud ola bilmək şansı

Ancaq mövcud ola bilmək şansı

`Exo` qəzetində diqqəti `173 manata ancaq mövcud olmaq olar...` sərlövhəli məqalə cəlb edir.

"Exo" qəzetində  diqqəti "173 manata ancaq mövcud olmaq olar..." sərlövhəli məqalə cəlb edir.
 
Müəllif ərzaq məhsullarının bahalaşması ilə yaşayış minimumunun artırılması həcmində disbalans məsələsini ekspert Nəriman Ağayevlə müzakirə edir.
 
Müəllif deyir ki, istehlak səbətinin tərkibinə daxil olan ərzaq mallarının 18% bahalaşması ilə müqayisədə hökumətin də yaşayış minimumunu 18% yüksəldəcəyi gözlənilirdi, əvəzində isə yaşayış minimumu 18% yox, 11,6% artdı.
 
"İllik inflyasiya göstəricilərindən irəli gələrək hökumət yaşayış minimumunu ən azı 14% artırmalı idi. Dövlət Statistika Komitəsi illik inflyasiyanın 13,9% həddində olduğunu, ərzaq malları, içki və tütün məmulatlarının 18,2% bahalaşdığını bildirir. Qeyri-rəsmi informasiyalara görə isə inflyasiya 20%-ə yaxındır. Belə halda ən azı rəsmi inflyasiya səviyyəsində artım olmalı idi". Bunu isə qəzetə N.Ağayev belə şərh edir.
 
Ekspert ölkədə məhsulların, xidmətlərin qiymətlərinin artdığını, amma əhalinin həyat səviyyəsinin bu qiymətlərlə ayaqlaşa bilmədiyini, Bakıda bir şəxsin yaşaya bilmək üçün ən azı 400 manat, regionlarda isə 300 manat aylıq maaş almalı olduğunu deyərək indiki 173 manat yaşayış minimumunun isə ancaq mövcud olmağa yetdiyini bildirir.
 
N.Ağayev deyir ki, dövlət orqanları ölkədə əhalinin cəmi 5%-nin yoxsul olduğunu qəbul etsə də gerçəklikdə isə bu rəqəmdən kənarda kifayət qədər insan yoxsulluq həddindədir.
 
Ekspert dövlətin maliyyə imkanlarının durumu yaxşılaşdırmaq gücündə olmadığını bildirir: "Unutmaq olmaz ki, 2018-ci ildə büdcə kəsiri kifayət qədər yüksəkdir. Dövlətin durumu düzəltmək imkanı və xüsusilə yaşayış minimumunu 20%-ə qaldırmağa yenidən baxmaq gücü yoxdur. Hökumət də başa düşür ki, 2018-ci ildə də xammalın qiyməti artmayacaq, odur ki, neft sahəsinə investisiya da artmayacaq. Buna görə də sosial xərclər də daxil olmaqla, bütün xərcləri maksimum şəkildə azaldır".
 
N.Ağayev bununla yanaşı xatırladır ki, 2018-ci ildə ölkənin xarici borclarını ödəməsi üzrə məsrəfləri daha çox olacaq.
 
Ekspert vurğulayır ki, digər baxımdan dövlət pensiya və maaşları tamamilə qaldırmaya da bilməzdi, belə ki, bunun cəmiyyətdə narazılıqlara səbəb olacağını anlayır və ona görə də yaşayış minimumunu 11,6% qaldırır.
 
N.Ağayev hesab edir ki, bu 18 manat fərq əhalini sevindirməyəcək, amma mənfi əhval-ruhiyyənin dərəcəsini bir qədər aşağı sala biləcək.
 
Yaxın gələcəkdə yaşayış minimumunun artmasına nəzərə alan ekspert deyir ki, 2019-cu ildə burada artım 20 manatdan yuxarı olmayacaq.(contact.az)
 

Google+ WhatsApp ok.ru