Andreas Qross Azərbaycanı yenə tənqid etdi

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayıb. Sessiyanın plenar iclasının gündəliyində duran məsələlər arasında Parisdəki terror aktı, Ukraynadakı son hadisələr və s. var.
 
Avropalı deputatlar Moldova və Tunisdə keçirilmiş seçkiləri də müzakirə edəcək. Bundan əlavə, ukraynalı qaçqınlara humanitar yardım, Avropada söz və mətbuat azadlığının vəziyyəti məsələləri də müzakirəyə çıxarılacaq.  
 
İrlandiya prezidenti Maykl Higginsin AŞ PA sessiyasında məruzə ilə çıxış edəcəyi də gözlənilir. Yanvarın 29-da isə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker deputatlara müraciət edəcək.
 
Virtualaz.org saytı AŞ PA-nın qış sessiyasında iştirak edən azərbaycanlı deputatlara istinadən xəbər verir ki, bir sıra avropalı deputatlar, o cümlədən Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Qross sessiyanın gedişində “Azərbaycanda siyasi məhbuslar” məsələsini yenidən gündəmə gətirməyə cəhd ediblər.
 
Sosialistlər qrupunun  iclasında çıxış edən A.Qross Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təsisatının yenidən yaradılması məsələsinin plenar sessiyanın gündəliyinə daxil edilməsinin vacibliyi barədə təklif irəli sürüb. azadliq /

 

Google+ WhatsApp ok.ru