Android-də boş yer problemi çözüldü

Android-də boş yer problemi çözüldü

"Android 8" mobil əməliyyat sisteminin istifadəçiləri qurğunun yaddaşında boş yer olmadıqda belə yeniləməni yükləyə biləcək. Bu haqda "Android" sistemi tərtibatçılarının rəsmi saytında dərc edilmiş sənəddə deyilir.
 
Maide.Az ICTnews-a istinadən bildirir ki, funksiya qurğudakı yaddaşın istifadəçi və sistem sektorlarına bölünməsi hesabına reallaşdırılıb. Daxili saxlancın texniki hissəsində həmişə lazımi boş sahə saxlanılacaq, bu da boş yer çatışmazlığı kimi problemin qarşısını alacaq.
 
İlk dəfə belə bölünmə hələ 2016-cı ildə istifadəyə verilmiş "Android" sisteminin yeddinci versiyasında peyda olub, ancaq sözügedən sistemdə bütün yeniləmələr əvvəlcə istifadəçi sektoruna yüklənir və yalnız bundan sonra sistemə köçürülür.
 
Gözlənildiyi kimi, yeni yanaşma yalnız dolmuş yaddaş kimi problemin qarşısını almayacaq, həm də sistem üçün yeni proqram təminatının quraşdırılma prosesini xeyli sürətləndirəcək.
 
Məlumat üçün bildirək ki, "Android 8" əməliyyat sistemi (həmçinin "Android O" kimi tanınır) rəsmən mayın ortasında təqdim edilib. /

Google+ WhatsApp ok.ru