Angela Merkel populyarlığını itirir

Almaniya kansleri Angela Merkel seçildiyi müddətdən bəri ilk dəfə populyarlığını itirməyə başlayıb. “Spiegel” nəşri xəbər verir ki, belə bir rəy “ZDF” telekanalı tərəfindən aparılan ictimai sorğunun nəticəsində formalaşıb. Əhali arasında keçirilən sorğuya hökumətdə təmsil olunan dörd siyasətçinin adı daxil edilib.
 
Rəyi soruşulanların 67 faizi hazırki xarici işlər naziri Frank-Valter Ştaynmayerə daha çox rəğbət bəslədiyini bildirib. İkinci sırada 65 faiz səslə maliyyə naziri Volfqanq Şoyble qərarlaşıb. Yoahim Qauk 64 faizlə üçüncü, kansler Angela Merkel isə 63 faizlə dördüncü yeri tutub.
 
Ekspertlərin qənaətinə görə, əhali arasında Almaniya kanslerinə rəğbətin azalmasında başlıca amil Yaxın Şərq qaçqınları ilə bağlı yürütdüyü effektsiz miqrasiya və sərhəd nəzarətinin sərtləşdirilməsi siyasəti hesab edilir. İctimaiyyətin fikrincə, A.Merkel açıq sərhəd prinsipini pozmaqla, sonda Şengen sazişinin qüvvədən düşməsinin səbəbkarı olacaq.

Google+ WhatsApp ok.ru