Ankara: Türkiyə “Türk axını” qaz borusunun Qara dəniz sualtı hissəsinin tikintisində iştirak etməyəcək 05 Avqust 2015 01:00 Dünya Türkiyə şirkətləri “Türk axını” qaz borusunun quru hissəsinin tikintisində iştirak edəcəklər. Bu barədə “Anadolu” agentliyinə müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib. “Türkiyə şirkətləri Frakiyada “Türk axını” qaz borusunun tikintisində iştirak edəcəklər. Rusiyalı həmkarlarımız bizim qaz borularının tikintisində böyük təcrübəyə və müasir texnologiyalara malik olduğumuzu yaxşı bilir. Ümid edirəm, biz bunu istifadə edəcəyik”, deyə nazir bildirib. Taner Yıldız, bununla belə, qeyd edib ki, Türkiyə “Türk axını” qaz borusunun Qara dəniz sualtı hissəsinin tikintisində iştirak etməyəcək. “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Dörd boru xəttindən gələcək ümumilikdə 63 milyard kubmetr təbii qazın 15 milyard 750 milyon kubmetri Türkiyənin daxili ehtiyacına sərf olunacağı planlaşdırılır. Digər üç boru kəməri ilə tədarük ediləcək qalan 46-47 milyard kubmetr təbii qazın Avropa İttifaqı ölkələrinə ötürüləcəyi gözlənilir. Teqlər : #Ankara: Türkiyə Türk axını qaz borusunun Qara dəniz sualtı hissəsinin tikintisində iştirak etməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MKA tərəfindən işgəncənin tətbiq olunması barədə etiraf İran-Azərbaycan media həmkarlığı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO