Ankara və İstanbulda `əl-Əqsa` məscidinin müsəlmanların üzünə bağlanmasına etiraz – FOTO

Ankara və İstanbulda `əl-Əqsa` məscidinin müsəlmanların üzünə bağlanmasına etiraz – FOTO

Cümə günü (14 iyul 2017) sionist Israil əsgərləri tərəfindən Qüdsdə 3 fələstinli gəncin şəhid edilməsi və müqəddəs Əl-Əqsa məscidinin müsəlmanların üzünə bağlanması Türkiyədə ciddi etirazlara səbəb olub. 
 
Maide.Az  xəbər verir ki, 3 gəncin şəhadəti və müqəddəs məscidin bağlanmasından sonra Türkiyənin ən nüfuzlu və dinamik gənclər təşkilatı Anadolu Gənclik Dərnəyi (AGD) dərhal paytaxt Ankarada və İstanbulda etiraz aksiyaları keçirmək barədə qərar qəbul edib. 
 
İlk mitinq ötən gün yerli vaxtla 19:30-da  Ankarada başlayıb. İşğalçı rejimin səfirliyi önündə keçirilən mitinq iştirakçıları işğalçı rejiminin addımlarını pisləyərək müqəddəs məscidin dərhal ibadətə açılmasını tələb edib. 
 
Ötən gün həmçinin Bakı saaatı ilə 22.30-da sionist rejimin İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Aksiya müqəddəs kitabımızın tilavətilə start götürüb. Daha sonra dərnəyin etiraz bəyanatı oxunub. Aksiya boyu “Məhv olsun İsrail”, “Yuuhh” və digər şuarlar səsləndirilib. 
 
Aksiya zamanı etirazçılar sionist rejimi legitimliyini tanımadıqlarını, daim Fələstin müqavimətinin yanında olacaqlarını, Qəzza və Qüdsün sionist işğalından azad ediləcək günün yaxında olduğunu vurğulayıb. 
 
Aksiya Fələstin, İslam aləmi və “15 Temmuz” şəhidlərinin ruhuna Fatihə sürəsinin hədiyyə edilməsilə başa çatıb. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru