Ankarada su anbarlarında su qurtarıb

Ankarada su anbarlarında su qurtarıb

-- Paytaxt narahatdır

Ankaranın bütün su anbarlarında içməli su minimum həddə çatıb. Trend-in məlumatına görə, bu barədə paytaxtın Su Təchizatı Baş İdarəsi xəbər yayıb.
 
Məlumata görə, hazırda Ankara su anbarlarında içməli su səviyyəsi 20,74 % təşkil edir ki, bu da paytaxtın su təminatına müəyyən problemlər yaradır.
 
Ankarnın 3 su anbarında olan suyun səviyyəsinin cəmi 18,85 % olduğu bildirilib.
 
Ankara Su Təchizatı Baş İdarəsi bunun səbəbini isə açıqlamayıb.

Google+ WhatsApp ok.ru