Ankarada İslam Dünyası Universitet rəhbərlərinin iclası keçirilir

Ankarada İslam Dünyası Universitet rəhbərlərinin iclası keçirilir

Bu gün Türkiyənin Ankara şəhərində İslam Dünyası Universitet rəhbərlərinin dördüncü iclası keçirilir. 
 
Maide.info xəbər verir ki, İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) və Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə keçirilən iki günlük iclasda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin universitet rektorları və təhsil üzrə nümayəndələr iştirak edir. 
 
İclasın keçirilməsindən məqsəd İslam Dünyası Univeristetləri arasında əməkdaşığın və təcrübə mübadiləsinin artırılmasıdır. İclasda həmçinin universitetlərin ölkələrin ictimai və iqtisadi həyatında təsiri və rolu mövzusunda müzakirələr aparılacaq. /

Google+ WhatsApp ok.ru