Ankarada 52 əsgər xəstəxanaya yerləşdirilib

Ankarada 52 əsgər xəstəxanaya yerləşdirilib

-- qarın ağrısı və ürək bulanmaya görə

Ankaranın Çankaya bögləsində 52 əsgər xəstəxanaya yerləşdirilib. 
 
Maide.Az “dunyabulteni”-nə istinadla xəbər verir ki, əsgərlər qarın ağrısı və ürək bulanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 
 
Hadisə ötən gecə  şam yeməyindən sonra baş verib.  Qarın ağrısı və ürək bulanmadan şikayətlənən 52 əsgər Atatürk Təhsil və Araşdırma xəstəxanasına yatızdırılıb.  Əsgərlərin durumunun yaxşı olduğu və bəzilərinin evə buraxıldığı deyilir. 
 
Hazırda faktla bağlı araşdırma aparılır və əsgərlərin  narahatlığının səbəbini təyin etmək üçün ekspertiza təyin olunub. 
 

Google+ WhatsApp ok.ru