Ankarada müalicə olunan yaralı əsgərimiz Elçibəy palatasına köçürülüb

Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan Azərbaycan Milli Ordusunun üç yaralı əsgərindən biri – Ədalət Məmmədovun palatası dəyişdirilib və o, VİP palataya keçirilib. Ədalət Məmmədovun hazırda yatdığı palata Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin vaxtilə müalicə aldığı və sonradan onun adı verilən palatadır.
 
Xəstəxanadan verilən məlumata görə, yaralı əsgərimiz əvvəlcə özəl palatada yatırmış, sonra VİP palataya kecirilib, burada məqsəd ona daha yüksək tibbi xidmət göstərilməsidir.
 
Qeyd edək ki, cəbhədə yaralanmış əsgər Ədalət Məmmədovun bir gözü amputasiya olunub. 
 
Onunla birlikdə digər iki hərbçimiz Elvin Əsgərov və Sərxan Tahirzadə də avqustun 9-dan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı kordinatorluğunun təşəbbüsü ilə müalicə üçün Türkiyəyə aparılıb. Sərxan Tahirzadə hər iki qıçını itirib, Elvin Əsgərov isə qarın nahiyəsindən ağır güllə yarası alıb.

Google+ WhatsApp ok.ru