Ankarada sionist İsrail səfirliyi qarşısında aksiya

Türkiyəli etirazçılar Ankarada sionist səfirliyin qarşısında Fələstin ərazisinin işğalına son qoyulmasını tələb ediblər.
 
Maide.Az xəbər verir ki, Anadolu İnformasiya Agentliyinin məlumatına görə, işğalçı sionist rejimin mövcudluğunu elan etdiyi "Nəhs gün" ilə (Nikbət günü)  əlaqədar ötən gün günün ikinci yarısında Türkiyənin hüquq birlikləri tərəfindən Ankarada bu rejimin səfirliyi qarşısnda aksiya keçirilib.
 
Etirazçılar Fələstin ərazilərində sionistlərin işğalçılığına son qoyulmasını, Qəzzə zolağının mühasirəsinin ləğv edilməsini tələb edib və sionist rejimin fələstinlilərə qarşı ədalətsiz və düşmənçilik hərəkətlərini pisləyən şüarlar səsləndiriblər.
 
Əllərində yazılı parçalar tutan etirazçılar sionist rejimin təcavüzkarlığı qarşısında Fələstin xalqını dəstəklədiklərini açıqlayıblar.
 

Google+ WhatsApp ok.ru