Ankara Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını nəzərdən keçirir

Ankara Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını nəzərdən keçirir

Ankara havadan müdafiə sistemlərinin əlverişli şərtlərlə alınmasında NATO-dan dəstək görmədiyindən Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını alternativ variant kimi nəzərdən keçirir.   
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık.
 
F.İşık ABŞ-a səfəri çərçivəsində çıxışı zamanı havadan müdafiə sistemlərinin əldə olunması məsələsində Türkiyənin NATO-dakı tərəfdaşlarından dəstək almadığını təəssüflə ifadə edib. “Mən rəqabətli qiymətlər, texnologiyaların mübadiləsini nəzərdə tuturam. Bu səbəbdən biz alternativ variantları nəzərdən keçiririk. Rusiyanın “S-400” sistemləri onlardan biridir”, - deyə nazir qeyd edib.

Google+ WhatsApp ok.ru