Anomal hava şəraiti Mərakeşdə ciddi problemlər yaradıb

Anomal hava şəraiti Mərakeşdə ciddi problemlər yaradıb

-- güclü qar nəticəsində 38 yol bağlanıb, 900 məktəbdə tədris dayandırılıb.

Mərakeşdə davam edən anomal hava şəraiti ciddi problemlər yaradıb.
 
Kral VI Məhəmməd köməyə ehtiyacı olan vətəndaşlara yardım edilməsi istiqamətində səylərin artırılması ilə bağlı hökumətə tapşırıq verib. Ölkənin Daxili İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanat yayıb.
 
Hazırda Mərakeşə yağan güclü qar nəticəsində 38 yol bağlanıb, 900 məktəbdə tədris dayandırılıb. Hökumət 1205 kəndin 514 min sakininə qida məhsulları və dərman preparatları paylayıb.(azertac)
 

Google+ WhatsApp ok.ru