Anomal havaların yarada biləcəyi bahalıq

Anomal havaların yarada biləcəyi bahalıq

Fəsilə uyğun olmayan hava şəraiti, qışda yay, yayda qış fəsli hava şəraitinin müşahidə olunması kimi anomaliyalar kənd təsərrüfatı bitkiləri üçün stress faktoru yaşadır. Bunu kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bildirib. (“Hava Kənd təsərrüfatına ciddi ziyan vurdu: bahalaşma gözlənilir.)
 
N.Nəsirli iyun ayının son ongünlüyündə bir sıra qonşu ölkələr kimi Azərbaycanda da  yay fəslinə xas olmayan anomal hava şəraitinin hökm sürdüyünü deyir.
 
Onun sözlərinə görə, dağlıq rayonlara qar yağması. dolu düşməsi kimi hallar kartof,  arpa sahələrinə, meyvə ağaclarına ziyan vurub.
 
Mütəxəssisə görə, hazırda kartofçuluqda vegetasiyanın ən aktiv fazasıdır,  dolu nəticəsində tərəvəzin yaşıl kütləsi zədələndiyinə görə ilk növbədə fotosintez prosesi pozulur, şübhəsiz ki, bu, məhsuldarlığa ciddi təsir göstərəcək.
 
Onun deməsinə görə, Aran bölgələrində daha çox taxıl biçini üçün risklər  var, taxıl biçini isə təzə başlayıb, belə hava şəraiti də taxılçılıq üçün də zərərlidir: “Aran bölgələri üçün dolu, güclü küləklər çox ciddi təhlükədir, əgər bu cür hava müşahidə olunarsa, sahənin ümumilikdə 30-40%-nə ziyan dəyə bilər”.
 
O hesab edir ki, yayda qar və dolu yağması meyvəçiliyə də ziyan vurur:  N.Nəsirlinin sözlərinə görə, bütün bu faktorlar kənd təsərrüfatında risklərin böyük olduğunu göstərir: “Belə bir məqamda aqrar sığorta kiçik və orta təsərrüfatlar üçün hava və su kimi lazımdır”. /musavat.com/
 

Google+ WhatsApp ok.ru