Anomal istilər normaya çevriləcək

Anomal istilər normaya çevriləcək

Hazırda qış və yay aylarındakı anomal istilər 2025-ci ilədək adi iqlim şəraitinə çevriləcək. Bu barədə bir qrup alimin tədqiqatı “Bulletin of the American Meteorological Society” jurnalında yer alıb.
 
Məqalədə qeyd olunur ki, bu hal həmin dövrədək parnik qazlarının tullantısının qarşısının alınmayacağı təqdirdə baş verəcək.
 
Araşdırmalar onu da göstərib ki, bu vəziyyət ilk dövrlərdə bütün yer kürəsinə şamil olunmaya bilər. Alimlərin fikrincə, bu effektdən ilk növbədə Cənub yarımkürəsi – Antarktida və Avstraliya ziyan görə bilər.
 
Məqalədə qeyd olunur ki, 2013-cü ildə Avstraliyada qeydə alınmış 50 dərəcəyə yaxın istilər növbəti onilliklərdə normaya çevriləcək. 2100-cü ilədək isə Yer kürəsinin 98 faizi anomal istilərə məruz qalacaq. (Trend) /

Google+ WhatsApp ok.ru