Çantanı 15 dəqiqədən artıq beldə gəzdirmək təhlükəlidir - VİDEO

Çantanı 15 dəqiqədən artıq beldə gəzdirmək təhlükəlidir - VİDEO

Dərs ilinin başlanması ilə məktəbli ləvazimatlarına tələbat artır.
 
Maide.İnfo "ARB 24"-ə istinadən xəbər verir ki, kitab, dəftər, qələm qədər çantanın da önəmi az deyil.
 
Çanta alarkən ilk növbədə məktəblinin yaşı nəzərə alınmalıdır. Yəni, böyük ölçülü çantalara üstünlük verilməməlidir. Əks halda bu, uşaqlarda onurğa sütununun əyilməsinə gətirib çıxarır.
 
Kamil Eyvazov – Həkim: “Sağlamlıq üzərində məktəb çantalarının böyük təsiri var. Aparılan araşdırmalar göstərir ki, bədən çəkisinin 15-20 faizindən yuxarı olan çantalar gövdədə ciddi simmetrik pozuntulara gətirib çıxardır”.
 
Şagirdlərin fikizi inkişafı həm də çantadan asılıdır. Təəssüf ki, bu gün dərs normativlərinə riayət olunmur. Nəticədə uşaqların fiziki inkişafında müəyyən problemlər yaranır.
 
Mütəxəssislər deyir ki, uşaqlar çantanı bellərində 15 dəqiqədən artıq saxlamamalıdır. Valideynlərə məsləhət görülür ki, uşaqlara bel çantası deyil, təkərli çanta almağa üstünlük versin. /

Google+ WhatsApp ok.ru