Anton Bara: `Ərbəin İlahi bir sehrdir`

`Minlərlə kilometr məsafədən və müxtəlif məkanlardan gələn minlərlə insanda eyni hissi görmək o qədər xoşdur ki`

Məşhur xristian mütəfəkkir və yazıçı Anton Bara Ərbəin ziyarəti üçün İraqa gəlib və Kərbəlaya doğru yürüyən milyonların sırasına qoşulub.
 
Maide.az xəbər verir ki, Ərbəin yürüşü zamanı bu məşhur müəllif nələr hiss etdiyi barədə danışıb: "Bəşər Ərbəini izah etməkdə acizdir. Bu, həqiqətən İlahi bir sehrdir. Ağıl bunu qəbul etməz və idrakından acizdir. Düşünün, milyonlarla insan evini, yoldaşını, işini, uşağını və bir sözlə bütün bağlılıqlarını bir anda unudur və böyük bir məhəbbətlə İmam Hüseyni (ə) ziyarət etmək üçün Kərbəlaya doğru addımlayır. Minlərlə kilometr məsafədən və müxtəlif məkanlardan gələn minlərlə insanda eyni hissi görmək o qədər xoşdur ki, sözlə bunu ifadə edə bilməzsiniz."
 
Əmiəlmömininin (ə) şəxsiyyətindən bəhs edən bir kitab yazdığını qeyd edən Anton Bara belə deyib: "Yeddi ildir ki, bu əsər üzərində çalışıram. Ümid edirəm ki, bu kitab o böyük şəxsiyyətə layiq olar. Kitabda İmam Əlinin (ə) şəxsiyyətini müxtəlif ölçüləri: psixoloji, etiqad, cihad, təbliğat, ictimai, siyasi və s. aspektləri çatdırmağa çalışmışam. İnşallah iki il sonra bu kitabı tamamlayacağam."

Google+ WhatsApp ok.ru