Antonio Quterreş işğalçı İsraili atəşkəsə əməl etməyə çağırdı

Antonio Quterreş işğalçı İsraili atəşkəsə əməl etməyə çağırdı

-- İsrailin Fələstin torpaqlarına yəhudiləri yerləşdirmə siyasəti problemin həllinə mane olur

BMT Baş katibi Antonio Quterreş Qəzzada baş verən son hadisələr barədə danışıb.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, vəziyyətin təhlükəli həddə çatdığını və tətəfləri mümkün müharibə ehtinalının qarşısını almaq üçün atəşkəsə əməl etməyə çağırıb.
 
Quterreş işğalçı sionist İsrail rejiminin dinc aksiyaçıların güllələnməsinin onu şok etdiyini də deyib.
 
Jurnalistlərin və səhiyyə işçilərinin öldürülməsinin də qəbuledilməz olduğunu söyləyən baş katib sözlərinə əlavə edib ki, onların işlərini ölüm qorxusu keçirmədən etmələrinə şərait yaradılmalıdır.
 
BMT rəsmisi sonda qeyd edib ki, İsrailin Fələstin torpaqlarına yəhudiləri yerləşdirmə siyasəti problemin həllinə mane olur.
 
Qeyd edək ki, 30 martdan etibarən başlayan "Böyük qayıdış yürüşü"ndə 130-dan fələstinli öldürülüb, 14 mində çoxu isə yaralanıb.

Google+ WhatsApp ok.ru