AŞPA-nın Qarabağ münaqişəsi üzrə məruzəçisi Azərbaycana gəlib

AŞPA-nın Qarabağ münaqişəsi üzrə məruzəçisi, britaniyalı deputat Robert Valter bu gün Azərbaycan XİN-də görüş keçirib.
 
O, münaqişə zonasında vəziyyətlə tanış olmaq üçün Azərbaycana ikigünlük səfərə gəlib. Bu barədə XİN-in məlumatında deyilir.
 
Gözlənildiyi kimi, Valter sərhədyanı rayonlarda olacaq, yerlərdə vəziyyətlə maraqlanacaq.
 
Səfərin yekunlarına əsasən AŞPA sessiyası üçün hesabat hazırlanması gözlənilir.

Google+ WhatsApp ok.ru