AŞPA-ya erməni təhqiri

Separatçı rejim britaniyalı məruzəçiyə qarşı necə hörmətsizlik etdi?

Dağlıq Qarabağı işğal altında saxlayan separatçı rejim beynəlxalq qanunlara məhəl qoymadıqlarını bir daha nümayiş etdirib. 
 
Qondarma Dağlıq Qarabağ respublikası "prezidenti"nin mətbuat katibi David Babayan AŞPA-nın "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş torpaqlarında zorakılığın artması" məsələsinə dair məruzəçi təyin etməsinə münasibət bildirib. Separatçı qurumun üzvü məruzəçi təyin edilmiş britaniyalı Robert Uolkeri Qarabağa buraxmayacaqlarını bildirib. 
 
"Onun Qarabağ haqda məruzə hazırlaması üçün Qarabağa gəlməsinə ehtiyac yoxdur. Robert Uolker Bakıda da hesabatını hazırlaya bilər. Biz onu Qarabağa buraxmayacağıq", - deyə David Babayan bildirib. David Babayan bu bəyanatla əslində Amerika kəşf etməyib. O, ermənilərin Azərbaycan torpaqlarını işğal edərək beynəlxalq normalara məhəl qoymadıqları həqiqətini bir daha sübut etmiş oldu.

Google+ WhatsApp ok.ru