AŞPA Azərbaycanda insan haqları üzrə yeni məruzəçisini seçdi 26 İyun 2014 01:00 Siyasət Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) keçirilən İnsan haqları Komitəsinin iclasında "Azərbaycanda insan haqları" üzrə məruzəçi Pedro Agramunt seçilib. Məlumatı "BBC Azərbaycanca"ya yeni məruzəçinin təyin olunması ilə bağlı təşəbbüsü qaldıran deputat Mişel Mcnamara verib. "O, mənim irəli sürdüyüm namizəd olmasa da, ona uğurlar arzulayıram. Bu, Parlament Assambleyasına etimadı artırmaqda böyük rol oynayacaq" - deyə cənab Mcnamara deyib. Məlumata görə cənab Agramuntun vəzifəsi Azərbaycanda insan haqlarını və xüsusilə siyasi məhbuslar məsələsini məruzə etmək olacaq. İspaniyalı deputat Pedro Agramunt hazıra Azərbaycanın öhdəliklərini yerinə yetirilməsi ilə bağlı həmməruzəçilərdən biridir. Teqlər : #AŞPA Azərbaycanda insan haqları üzrə yeni məruzəçisini seçdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abbas Abbasov barədə xəbərə oğlundan reaksiya: `Bu nə yazıdırsa, anlaya bilmirəm` “Avropanın Azərbaycana bu qədər diqqətinin şahidi olmamışdım”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video